Sinvarın ölümü ilə bağlı yeni DETALLAR
İsrailin ötən ay Qəzza zolağının cənubundakı Rəfaha hücumu nəticəsində həyatını itirən HƏMAS lideri Yəhya Sinvarın ölümündən əvvə 13 gün heç bir şey yemədiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Londonda çıxan “Şərkul Avsat” qəzetinin adı açıqlanmayan mənbələrə əsaslanan xəbərində Sinvarın 7 oktyabr 2023-cü il tarixindən sonra Qəzzadakı vəziyyəti ilə bağlı təfərrüatlar yer alıb.
Sinvarın İsrailin hücumlarına görə ailəsini daha təhlükəsiz olduğunu düşündüyü bölgəyə göndərdiyi və onlarla məktubla əlaqə saxladığı bildirilib.
HƏMAS lideri ailəsi ilə yalnız 1 və ya 1,5 ayda bir məktubla əlaqə saxlaya bilirdi.
Xəbərdə Sinvarın 16 oktyabrda öldüyü hücumdan əvvəl 3 gün heç bir şey yemədiyi üzə çıxıb.
İsrail administrasiyası tez-tez Qəzzaya gedən yardımın "HƏMAS tərəfindən götürüldüyünü və ehtiyacı olanlara çatdırılmadığını" iddia edib.
Sinvar oktyabrın 16-da Qəzzanın cənubundakı Rəfahda İsrail əsgərləri ilə toqquşmada həyatını itirib.
Tel-Əviv administrasiyası uzun müddətdir ki, Sinvarın Qəzzada tunellərdə gizləndiyini və israilli məhbuslardan qalxan kimi istifadə etdiyini iddia edirdi.
Nigar Hacılı
"Cebheinfo.az"