Siyasətçilər indi daha güclü qorunur

Siyasətçilər indi daha güclü qorunur

Yaponiya polisi ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdindən sonra siyasətçilər üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.

“Cebhe.info” bu barədə NHK-ya istinadən xəbər verir.

Tədbirlər bütün ölkə üzrə siyasətçilərin ictimai çıxışlarına şamil edilir. Xüsusilə çıxışlar zamanı siyasətçilərin həyatını qorumaq üçün idarə regional idarələrdən zirehli qovluq və sığınacaqlardan istifadə etməyi tələb edib.

2022-ci ilin iyulunda Yaponiyanın keçmiş baş naziri Şinzo Abe çıxışı zamanı öldürüldü. Ötən ilin aprelində də çıxışı zamanı indiki Baş nazir Fumio Kişidanın həyatına qəsd edilib. Bundan sonra tədbirlərdə şəxsi əşyalar yoxlanılmağa başlandı, xüsusi keçid tətbiq olundu, natiqlə tamaşaçı arasında məsafə artırıldı. Lakin Trampa sui-qəsddən sonra təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi ilə bağlı göstəriş verilib.

Xəzər
“Cebhe.info”