Siyasətçinin ofisinə silahlı hücum

Bazar günü səhər tezdən Konqonun paytaxtı Kinşasada atışma baş verib. Hərbi geyimli silahlı şəxslər Prezident Sarayının ərazisində yüksək səviyyəli siyasətçilərin mühafizəçiləri ilə toqquşub.
Nəticədə 3 nəfər ölüb.
“Cebhe.info” bu barədə yerli medaiaya istinadən məlumat verir.
Silahlı şəxslər federal qanunverici və iqtisadiyyat üzrə keçmiş baş nazirin müavini Vital Kamerhenin Kinşasadakı iqamətgahına hücum ediblər, lakin onun təhlükəsizliyini təmin etmək mümkün olub”,-deyə onun sözçüsü “X”-dəki mikrobloqunda yazıb.
“Hörmətli Vital Kamerhe və ailəsi təhlükəsizdir. Onların təhlükəsizliyi gücləndirilib”, -o vurğulayıb.
Yerli media hücum edənlərin Konqo əsgərləri olduğunu müəyyən edib. Konqo Milli Assambleyasının şənbə günü baş tutmalı olan, lakin hakim partiya daxilindəki fikir ayrılıqlarına görə təxirə salınan seçkilərdə spiker postuna namizəd olan siyasətçini həbs etməyə çalışıblar.
Prezident Sarayının 2 kilometrliyində yerləşən və bəzi səfirliklərin də yerləşdiyi evdə yerli vaxtla saat 04:30 radələrində başlayan atışmada iki polis məmuru və hücum edənlərdən birinin öldürüldüyünü bildirilib.
Amerika Birləşmiş Ştatlarının Konqodakı səfirliyi atışma xəbərlərindən sonra ehtiyatlı olmağa çağıraraq xəbərdarlıq edib.
Xəzər
“Cebhe.info”