Sloveniya 2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib

Sloveniya 2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib

Belarus BMT Baş Assambleyasında 2024-2025-ci illər üçün dünya təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilərkən səsvermə zamanı lazımi sayda səs toplaya bilməyib və bu yer Sloveniyaya nəsib olub.

TASS xəbər verir ki, Sloveniyaya 153, Belarusa isə 38 ölkə səs verib. Qələbə qazanmaq üçün ölkə Baş Assambleyanın bütün üzvlərinin (cəmi 193 üzv var – red.) azı üçdə ikisinin səsini toplamalı idi.

2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi həmçinin Əlcəzair, Qayana, Syerra Leone və Cənubi Koreya da seçilib. Onların seçimi alternativsiz əsaslarla olub.

Cebhe.info