Şolts BMT-də danışanda zal boş olub
Almaniya kansleri Olaf Şolts BMT Baş Assambleyasının iclasında az qala boş zalın qarşısında çıxış edib.
Cebhe.info xəbər verir ki, bu barədə Almaniyanın "Bild" portalı yazıb.
Portalın məlumatına görə, Olaf Şoltsun çıxışında dinləyicilər az olub. Nəşr bunun ilk növbədə vaxtın gec olmasına görə olduğunu qeyd edib. Almaniya kansleri saat 21:00-dan sonra çıxış edib. Şolts çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının islahatları mövzusuna toxunub.
O, Rusiya prezidenti Vladimir Putindən də danışıb: "Ukraynada və bütün dünyada iztirabların davam etməsinin səbəbi heyrətamiz dərəcədə sadədir. Rusiya prezidenti suveren qonşusu olan Ukraynanı işğal etmək üçün imperialist planını həyata keçirmək istəyir".
Hər il BMT Baş Assambleyasında çıxış edənlərin ardıcıllığı demək olar ki, dəyişməz olaraq qalır. Əvvəlcə Braziliya, sonra isə ABŞ çıxış edir. Almaniya adətən sonda tribunaya çıxır. Hər yeni natiq gələndə tamaşaçılar zalı tərk edir. Zal yalnız ABŞ prezidenti Co Baydenin çıxışı zamanı dolu olub, onun çıxışı saat 10:00-da başlayıb.
Kansler çıxışını bitirdikdən sonra gedib və Yaponiyanın baş naziri Fumio Kişidaya qulaq asmayıb.
Cebhe.info