Spiker: "Ermənilərin Azərbaycana inteqrasiyası..."

Spiker: "Ermənilərin Azərbaycana inteqrasiyası..."

“Qarabağ ermənilərinin Azərbaycanla inteqrasiyası üçün heç bir prespektiv görmürəm”.

Cebhe.info xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Simonyan qeyd edib ki, belə bir ssenarinin mümkün olması üçün çox uzun bir yol qət etmək lazımdır.

“Düzünü desəm, bu gün belə bir fürsət görmürəm”,-deyə erməni spiker əlavə edib.

Simonyan Beynəlxalq Faktaraşdırıcı Missiyanın Qarabağa gəlməsinin zəruri olduğunu bildirib.

Vilayət Muxtar
Cebhe.info