Spirt istehlakı nə qədər risklidir?
Dünyanın bir çox yerlərində spirtli içkisiz ziyafət mümkünsüzdür.
"Cebheinfo.az" xəbər verir ki, bəzi insanlar üçün bir qədəh şərab yad insanlarla söhbətə başlamağı asanlaşdırır.
İnsanlar spirtli içkini bir çox səbəbə görə içirlər. Belə ki, bayramlaşmaq, sosiallaşmaq, hətta stressi aradan qaldırmaq spirtli içki qəbulunun ümumi səbəblərindəndir.
Bəzi araşdırmalar onun göstərir ki, qırmızı şərab kimi bəzi spirtli içkilərin məhdud istehlakı sağlamlıq üçün faydalı ola bilər.
Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, spirt istehlakının sağlam səviyyəsi yoxdur.
ÜST-nin son hesabatına görə, hər il 2,6 milyon insan spirtli içki istehlakı səbəbindən ölür.
Alkoqol bağırsaq və döş xərçəngi də daxil olmaqla ən azı yeddi növ xərçəngin səbəbidir.
ÜST tərəfindən ətraflı araşdırmaya görə, yüngül və orta istehlaka uyğun gələn 1,5 litrdən az şərabın və 3,5 litrdən az pivənin belə təhlükəli olduğunu izah edir.
ÜST-nin yeni təlimatında deyilir ki, təhlükəsiz istehlak miqdarı yoxdur və "sağlamlıq riski hər hansı bir spirtli içkinin ilk damlası ilə başlayır".
Ümumdünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, dünya üzrə adambaşına ümumi spirt istehlakı 2010-cu ildə qeydə alınan 5,7 litrdən 2019-cu ildə 5,5 litrə qədər bir qədər azalıb.
Alkoqol istehlakında kişilər qadınlardan öndədir. Orta hesabla, qadınlar ildə 2,2 litr, kişilər isə 8,2 litr spirt istehlak edir.
İngiltərənin Berkşir bölgəsində yaşayan Anna Tait (44) spirtdən tamamilə imtina edib: “Ümumiyyətlə çox içdiyimi deyə bilmərəm, amma cümə gününə qədər çox spirtli içki qəbul edirdim. İşdən sonra bir neçə pivə, sonra yoldaşımla bir şüşə şərab paylaşmağı səbirsizliklə gözləyirdim".
Tait şənbə günü də spirtli içki qəbul edirdi. Sonra anladı ki, cümə axşamı və bazar günləri də içir. Ancaq bu ilin əvvəlində o, marafon üçün məşq etməyə başladı və məşqçisi onu içkidən imtina etməyə təşviq etdi.
Həyat yoldaşı da idman edirdi və hər ikisi spirtli içki qəbulunu azaldırlar. O bildirir ki, ozünu daha güclü və yaxşı hiss edir. Lakin o, cütlüyün ictimai mühitlərdə spirtli içki qəbul etməyəcəklərini anlayanda dostlarının sevinmədiyini də bildirir.
Almaniyanın Bavariya əyalətindən olan 22 yaşlı Amelie Hauenstein içkini atmaq üçün dostlarının dəstəyini qazanıb:
"İçmədiyim zaman əyləncəli bir gecə keçirmədiyimi başa düşdüm. İmtina etmək istədim, çünki bazar günü oyandığımda və bir gün əvvəl nə etdiyinizi bilməmək çox pis hiss idi".
Məhz Tait kimi Hauenstein də irəliləyişdən özünü çox xoşbəxt hiss edir.
Kanadada maddə asılılığı üzərində işləyən Dr. Tim Stockvell Ümumdünya Səhiyyə Təşkilatının araşdırma nəticələri ilə razılaşır:
"Alkoqol əslində riskli bir maddədir və risk siz onu içməyə başladığınız andan başlayır".
Stockvell alkoqol istehlakının aşağı səviyyəsi ilə ölüm nisbətləri arasındakı əlaqəni anlamaq üçün 107 məqaləni təhlil edib.
"British Medical Journal" tibbi nəşri yüzdə bir ölüm riskini orta, mində birinin ölüm riskini isə aşağı olaraq təyin edir. Bu səviyyələr ölkədən ölkəyə fərqli olaraq göstərilir.
Böyük Britaniya hökuməti həftədə 14 vahiddən çox içməməyi tövsiyə edir ki, bu da təxminən altı orta stəkan şərab və ya pivəyə bərabərdir.
Stockvell iddia edir ki, orta dərəcədə spirt istifadəsinin sağlamlıq üçün faydalı ola biləcəyi fikri zəif tədqiqat metodologiyasından irəli gəlir:
"Orta səviyyədə içki içənlər daha yüksək gəlir kateqoriyasında idilər. Onlar daha yaxşı qidalanır, idman edirdilər və sağlamlıq xidmətlərinə daha yaxşı çıxış imkanı əldə edirdilər. Onların daha yaxşı işləri və daha kiçik belləri vardı".
Nigar
"Cebheinfo.az"