Stoltenberqlə Zelenski arasında telefon danışığı olub

Stoltenberqlə Zelenski arasında telefon danışığı olub

NATO Baş katibi Yens Stoltenberq ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə Prezident Zelenski "Twitter"də bildirib.

Onun sözlərinə görə, telefon danışığı zamanı tərəflər Ukraynanı dəstəkləmək üçün tərəfdaşların daha sıx koordinasiyası, xüsusən də tank koalisiyasının genişləndirilməsi və keyfiyyətcə yeni silah növlərinin Ukraynaya göndərilməsini müzakirə ediblər.

"Biz, həmçinin NATO-ya üzvlük üçün lazımi addımlar barədə danışdıq", - deyə Zelenski bildirib.

NATO Baş katibi Stoltenberq isə qeyd edib ki, lazım olduğu müddətdə hərbi alyansın müttəfiqləri Ukraynaya yardımı davam etdirəcək.

Cebhe.info