Suriya münaqişəsinə dair sammit 2025-ci ildə Rusiyada keçiriləcək

Suriya münaqişəsinə dair sammit 2025-ci ildə Rusiyada keçiriləcək

Suriya münaqişəsinin həlli üzrə Astana formatında sammit 2025-ci ildə Rusiyada keçiriləcək.

Bu barədə TASS-a müsahibəsində Rusiya prezidentinin Suriya münaqişəsi üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

“2025-ci ildə biz bu görüşün tam hüquqlu olaraq Rusiya ərazisində keçiriləcəyinə ümid edə bilərik”, - deyə o bildirib.

Lavrentiyev həmçinin qeyd edib ki, Tehranda keçirilən sonuncu analoji sammitdən artıq iki il keçib. Hazırda tərəflər 2025-ci ilin birinci yarısında görüşün keçirilməsi və bu sammiti Suriya böhranı üçün həqiqətən konkret təkliflər, təşəbbüslər və fəaliyyətlərlə zənginləşdirilməsi imkanlarını nəzərdən keçirirlər.

"Cebheinfo.az"