Taksi sürücüləri “Uber”i məhkəməyə verdi

Taksi sürücüləri “Uber”i məhkəməyə verdi

İngiltərədə 11 minə yaxın taksi sürücüsünün 2012-2018-ci illər arasında Londonda taksi rezervasiya qaydalarını pozduğu səbəbilə “Uber”ə qarşı iddia qaldırdığı bildirilib.

"Cebhe.info" xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, “Uber”-in 2012-ci ilin mayından 2018-ci ilin martınadək paytaxt Londondakı fəaliyyətləri ilə bağlı bu gün Ali Məhkəmədə qrup davası açılacaq.

Təxminən 11 min taksi sürücüsü iddia edir ki, “Uber” ictimai nəqliyyat sisteminin operatoru "Transport for London"-u taksi sifarişi sistemini necə işlətdiyi barədə yanlış məlumatlandırıb və buna görə də şəxsi icarəyə lisenziyalaşdırma qaydalarını pozub.

Sürücülərin iddiasının ən az 250 milyon sterlinq dəyərində olduğu və hər taksi sürücüsünün təxminən 25 min sterlinq alacağı qeyd olunub.

Nigar Hacılı
"Cebhe.info"