“Taliban” üç universitetin fəaliyyətini dayandırıb

“Taliban” üç universitetin fəaliyyətini dayandırıb

Əfqanıstanda bir gündə üç universitet - Nurin, Bayan və Qazi Əmənullah-Xan universitetləri - fəaliyyətini dayandırıb.

Qeyd olunur ki, təhsil ocaqları “Taliban” hakimiyyətinin Ali Təhsil Nazirliyinin göstərişi ilə bağlanıb.

Ali Təhsil Nazirliyindən bildirilib ki, universitetlər yalnız “Taliban” hökuməti tərəfindən qoyulan qaydalara riayət edəndən sonra fəaliyyətlərini davam etdirə bilərlər.

Nazirlikdən həmçinin bildirilib ki, tələbələr bu prosesdə zərər görməyəcəklər, onların təhsil haqqı ödəniləcək və başqa özəl universitetlərə köçürülmələrinə şərait yaradılacaq.

Cebhe.info