Tanınmış azərbaycanlı rejissor həbs olundu

İranın Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərindən olan mədəni fəal və rejissor Əli Qıpçaq həbs edilib.
"Cebheinfo.az" Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Bildirilib ki, rejissor iyunun 25-də saxlanılsa da, onun həbsi barədə bu gün ailəsinə məlumat verilib.
Rejissorun həbsinin səbəbi açıqlanmayıb.
"Cebheinfo.az"