Tayvanda təlim təyyarəsi qəzaya uğrayıb

Tayvanda təlim təyyarəsi qəzaya uğrayıb

Tayvanın şərqində Taydun şəhərində "Brave Eagle" təlim təyyarəsi qəzaya uğrayıb.

Oxu.Az-ın məlumatına görə, "Focus Taiwan" bununla bağlı görüntülər yayıb.

Bildirilir ki, qəza vaxtı göyərtədə ancaq pilot olub.

"Uçuşdan sonra təyyarənin mühərrikində nasazlıq yaranıb. Lin soyadlı pilot təyyardən paraşütlə tullanıb", - deyə məlumatda vurğulanıb.

Sahil-mühafizə gəmiləri və yerli balıqçı şxunları axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub. Pilot salamat tapılıb. O, xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.

"Cebheinfo.az"