Tehran meri vəzifəsindən kənarlaşdırılır?

Tehran meri vəzifəsindən kənarlaşdırılır?

Tehran şəhərinin meri Əlirza Zakani vəzifəsindən kənarlaşdırıla bilər.

“Cebhe.info” xəbər verir ki, bu məsələnin Tehran Şəhər Şurasının gündəmində olduğu bildirilir.

Bu barədə İran mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, Tehran Şəhər Şurasının Nəzarət Komitəsinin sədri Mehdi Eqrarian Əlirza Zakaninin vəzifəsindən kənarlaşdırılmasından danışıb:

“Tehran merinin işindən çıxarılması məsələsi Şəhər Şurasının bir sıra üzvlərinin gündəliyindədir. Qərarı şəhər meriyası və 13-cü hökumətin rəsmiləri verəcəklər”.

Elmir
“Cebhe.info”