Tehranda Abdullahianın dəfn mərasimi başladı

Tehranda Abdullahianın dəfn mərasimi başladı

İranın mərhum xarici işlər naziri Hüseyn Əmir Abdollahianın dəfn mərasimi başlayıb.

Bu barədə IRNA agentliyi məlumat yayıb.

Helikopter qəzasında həlak olmuş Əmir Abdullahianın dəfn mərasimi Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə paytaxt Tehrandakı meydanların birində keçirilir.

Mərasimdən sonra cənazə dəfn olunmaq üçün Şah Əbdüləzim Həsən türbəsinə aparılacaq.

"Cebhe.info"