“Tesla”-nın gəlirləri azalıb

“Tesla”-nın gəlirləri azalıb

2024-cü ilin birinci rübündə Amerikanın və dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı "Tesla Inc."in gəlirləri 9 faiz azalıb.

"Cebhe.info" xəbər verir ki, bununla belə, şirkətin gəlir və mənfəətin azalmasına baxmayaraq hərraclarda səhmlər bahalaşıb.

Şirkətin məlumatına görə, mənfəət 2023-cü ilin birinci rübü ilə müqayisədə 55 faiz azalaraq 1,1 milyard dollara çatıb.

Qeyd edək ki, ötən rübdə “Tesla” avtomobil tədarüklərinin dörd il ərzində ilk dəfə azaldığını bildirib.  

Nigar Hacılı 
"Cebhe.info"