Təyyarə quş sürüsünə çırpıldı

Təyyarə quş sürüsünə çırpıldı

Hindistanın Mumbay şəhərində “Emirates” Hava Yollarına məxsus təyyarənin nadir quş növlərindən olan flaminqo sürüsünə çırpılması nəticəsində 36 quşun öldüyü bildirilib.

"Cebhe.info" xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

Qeyd olunub ki, 310 sərnişini olan təyyarə təhlükəsiz şəkildə eniş edə bilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Nigar Hacılı 
"Cebhe.info"