“TikTok”da faydalı yenilik

“TikTok”da faydalı yenilik

"TikTok" dezinformasiyaya qarşı mübarizə çərçivəsində tətbiqə yüklənmiş süni intellektlə hazırlanmış fotoşəkilləri və görüntüləri etiketləyən ilk video paylaşma platforması olduğunu açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, "TikTok" bunun rəqəmsal məzmunun süni intellekt tərəfindən istehsal olunduğunu bilməyən istifadəçilərin səhv istiqamətləndirməsinin qarşısını almaq üçün ediləcəyini bildirib.

Açıqlamada platformaya fotoşəkil və video məzmun əlavə edilən zaman süni intellekt tərəfindən istehsal olunduğu təsbit edilən məzmunun etiketlənəcəyi və gələcəkdə bu məqsədlə audio faylların skan ediləcəyi qeyd edilib.

"TikTok" bunun üçün "Adobe", "Arm", "Intel", "Microsoft" ve "Truepic" firmalarının əməkdaşlığı ilə yaradılan Məzmun Təsdiqləmə və Orijinallıq Koalisiyası (C2PA) texnologiyasından istifadə edəcək.

Xatırladaq ki, "TikTok" tətbiqinin istifadə şərtləri bir ildən artıqdır ki, istifadəçiləri tərəfindən platformaya yüklənmiş süni intellekt məzmununun etiketlənməsini tələb edir.

Nigar Hacılı 
"Cebhe.info"