Toivo Klaar Ermənistan XİN başçısı ilə Aİ-nin yeni missiyasının fəaliyyətini müzakirə edib

Toivo Klaar Ermənistan XİN başçısı ilə Aİ-nin yeni missiyasının fəaliyyətini müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

“Sputnik Armenia” xəbər verir ki, tərəflər Brüsseldə bir araya gəliblər.

Görüşdə Aİ-nin Ermənistandakı yeni missiyasının fəaliyyəti müzakirə olunub.

Bildirilib ki, yeni missiya regiona sülh və sabitlik gətirməyə kömək edəcək.

Qeyd edək ki, yanvarın 23-də Avropa İttifaqı (Aİ) Şurası Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərar verib. Missiyanın mandatı 2 ildir.

Cebhe.info