Tonqa sahilində güclü zəlzələ olub

Tonqa Krallığının sahilində 6 maqnitudalı zəlzələ olub.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib..
Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 4,3 min nəfərin yaşadığı Neiafu şəhərindən 232 km şimalda yerləşib. Təbiət hadisəsinin ocağı 30 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
"Cebhe.info"