Tramp güllələndi: Ölənlər var

ABŞ-nin Pensilvaniya ştatının Butler şəhərində seçki kampaniyası zamanı keçmiş prezident, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp güllələnib.
78 yaşlı Tramp nitqinə yenicə başlayanda atəş səsləri eşidilib.
“Cebhe.info”-nun “Reuters”-ə istinadən məlumatına görə, Tramp qulağından yaralanıb.
O, üzü qan içində görüntülənib. Təhlükəsizlik agentləri onu mühasirəyə alıblar, lakin Tramp kürsüyə qalxaraq üç dəfə “Döyüş!” deyə qışqırıb.
“Ona atəş açan şəxs öldürülüb, bir mitinq iştirakçısı ölüb, daha iki iştirakçı isə yaralanıb”, -deyə məxfi xidmətin bəyanatında deyilir. Hadisə adam öldürməyə cəhd kimi araşdırılır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları jurnalistlərə bildiriblər ki, onlar atəş açdığı iddia edilən şəxsi ilkin olaraq müəyyən ediblər, lakin bunu açıq şəkildə etməyə hazır deyillər. Onlar da hələlik motivi müəyyən etmədiklərini bildiriblər.
Xəzər
“Cebhe.info”