Tramp vəd verdi: Rusiya ilə Çini...
Donald Tramp ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə Rusiya ilə Çini, yəni onları biri-birindən ayıra biləcəyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti və prezidentliyə namizəd Donald Tramp Co Baydeni Rusiya ilə Çin arasında münasibətləri gücləndirdiyinə görə tənqid edib və prezident seçiləcəyi təqdirdə Moskva ilə Pekini ayıracağını bildirib.
"Bayden onları bir araya gətirdi. Ayıbdır... Onları ayırmalı olacağam. Düşünürəm ki, bunu edə bilərəm", - Tramp məşhur jurnalist Taker Karlsona verdiyi müsahibəsində belə deyib.
Kremlin sözçüsü Peskov Trampın sözlərinə isə belə cavab verib:
“Rusiya ilə Çin arasındakı əməkdaşlığa niyə müdaxilə edilməli və niyə ayrılmağa ehtiyac olduğu aydın deyil. Rusiya və Çinin strateji əməkdaşlığı yalnız hər iki ölkənin maraqlarına xidmət edir və üçüncü ölkələr üçün təhlükə yaratmır".
Nigar Hacılı
"Cebheinfo.az"