Tramp vaxt qoydu: “Yaxın Şərqi cəhənnəmə…”

Tramp vaxt qoydu: “Yaxın Şərqi cəhənnəmə…”

ABŞ-nin 47-ci prezidenti Donald Tramp HƏMAS-ı hədələyib.

“Cebheinfo.az”-ın məlumatına görə, Tramp “20 yanvara qədər girovlar azad edilməsə, Yaxın Şərq cəhənnəmə çevriləcək”, - deyə bəyan edib. 

ABŞ-nin yeni seçilmiş prezidenti 2025-ci il yanvarın 20-də prezidentlik kürsüsünə keçəcəyi andiçmə mərasimindən əvvəl Qəzzada əsirləri azad etməyə çağırıb və əks halda bunun ağır nəticələri barədə xəbərdarlıq edib.

“Əgər girovlar 2025-ci il yanvarın 20-dən, yəni mənim ABŞ prezidenti vəzifəsinə qürurla başlayacağım tarixdən əvvəl azad edilməsələr, Yaxın Şərqdə və insanlığa qarşı törədilən bu vəhşiliyə görə məsuliyyət daşıyanlar bunun əvəzini ağır ödəyəcəklər” - deyə özünün “Truth Social” adlı sosial media hesabında paylaşım edib. 

Qeyd edək ki, noyabrın 29-da İsrail və Hizbullah arasında atəşkəs razılaşmasını elan edərkən ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden Qəzzada atəşkəsin təmin olunması və məhbusların azad edilməsi üçün yeni təşəbbüs irəli sürdüklərini açıqlayıb.

2023-cü il oktyabrın 7-dən sonra İsrail Qəzzada 100-ə yaxın girovun saxlandığını iddia edir.

Eyni zamanda, İsrailin Qəzzada 14 aydır davam edən hücumları nəticəsində əksəriyyəti uşaq və qadın olmaqla 45 minə yaxın fələstinlinin həyatını itirdiyi, 100 mindən çox insanın isə yaralandığı qeyd edilir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”