Tramp yeni kriptovalyuta yaradır?

Tramp yeni kriptovalyuta yaradır?

Yenidən ABŞ prezidenti seçilən Donald Tramp “Time” jurnalı tərəfindən “İlin adamı” seçilməsi münasibəti ilə Nyu-York Birjasının açılış zəngini çalıb. 

“Cebheinfo.az” xəbər verir ki, açılış zəngini çalmazdan əvvəl çıxış edən Tramp bunun onun üçün böyük şərəf olduğunu deyib.

Tramp çıxışında ABŞ-a 1 milyard dollar və ya daha çox sərmayə qoyanlar üçün icazə proseslərinin sürətləndirilməsi də daxil olmaqla, əvvəllər elan etdiyi siyasətlərindən danışıb.

Açıqlamasının ardından açıqlama verən Tramp kriptovalyutalarla bağlı “Möhtəşəm bir şey edəcəm” deyib.

Qeyd edək ki, Tramp ABŞ-də prezident seçildikdən sonra "Bitcoin" kriptovalyutasının qiyməti 100 min dolları keçərək yeni tarixi maksimumunu yeniləyib.

Əfsanə Rəcəb
“Cebheinfo.az”