Trampdan sui-qəsd cəhdindən sonra İLK BƏYANAT

Trampdan sui-qəsd cəhdindən sonra İLK BƏYANAT

Keçmiş prezident və ABŞ prezidentliyinə namizəd Donald Tramp seçki mitinqində ona qarşı sui-qəsd cəhdindən sonra “Truth” sosial şəbəkəsində bəyanat yayıb.

“Cebhe.info” xəbər verir ki, o, ABŞ hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib və aksiya iştirakçısının ölümü ilə əlaqədar başsağlığı verib:

“Birləşmiş Ştatların Məxfi Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına Pensilvaniya ştatının Butler şəhərində baş verən atışmaya tez reaksiya verdikləri üçün təşəkkür etmək istəyirəm. Ən əsası, mitinqdə həlak olan şəxsin ailəsinə, eləcə də ağır yaralanan daha bir şəxsin ailəsinə başsağlığı verirəm.

Bunun bizim ölkədə baş verməsi inanılmazdır. Hazırda ölən atıcı haqqında heç nə məlum deyil. Sağ qulağımı deşən güllə mənə dəydi. Dərhal başa düşdüm, fit səsi, atəş eşitdim və dərhal güllənin dərini deşdiyini hiss etdim. Ağır qanaxma başladı və sonra nə baş verdiyini anladım. Allah Amrikanı qorusun!”.

Xatırladaq ki, Trampın həyatına qəsd onun Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki mitinqində baş verib. O, qulağından yaralanıb.

Hadisəni törədən şəxsin öldüyü məlum olub. Bundan əlavə, mitinq iştirakçılarından biri ölüb, bir nəfər isə yaralanıb.

Xəzər
“Cebhe.info”