Trampdan Türkiyəyə xoş sürpriz

Trampdan Türkiyəyə xoş sürpriz

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi və F-35 təyyarələrinin satışını bərpa etməyi düşünür.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə FOX kanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Tramp Türkiyəyə F-16 qırıcılarının satışının tamamlanmasına kömək etmək niyyətindədir.

"Hər iki tərəf Rusiyanın S-400 sisteminin yararsız olması barədə razılığa gələ bilsə, Tramp Türkiyəyə F-35 qırıcılarını satmaq fikrinə açıqdır. Trampın komandası Türkiyəni "Amerikanın düşmənlərinə sanksiyalar yoluyla mübarizə Akt"ını pozan ölkələr siyahısından çıxarmağın yollarını axtarır".

"Cebheinfo.az"