Turizmin inkişafı üçün hansı işlər görüləcək?

Rusiya Krımı daha cəlbedici turizm mərkəzinə çevirməyə hazırlaşır. İl boyu xidmət göstərəcək iki böyük turizm mərkəzi layihəsi üzərində işlərə başlanılıb.
“Cebhe.info” “Nezavisimaya qazeta”ya istinadən xəbər verir ki, “Zolotiye Peski Rossii” və “Krım Rivierası” adlı layihələr çərçivəsində 17 otel və ölkənin ən böyük çimərliyinin inşası planlaşdırılır.
Uzunluğu 20 kilometrdən çox olacaq çimərliyin bir mövsümdə təxminən 1 milyon turist qəbul etməsi hədəflənir.
Bildirilir ki, “Krım Rivierası”nda otellər, restoranlar, kafelər, çimərliklər, qapalı və açıq hovuzlar, akvapark, termal mərkəz, əyləncə mərkəzləri və uşaq mərkəzləri yer alacaq.
Yeni turizm mərkəzinin 2028-ci ildə istifadəyə verilməsi gözlənilir.
Nigar Hacılı
"Cebhe.info"