Türkiyə boğazlardan keçid haqqını artırır

Türkiyə boğazlardan keçid haqqını artırır

İyulun 1-dən Türkiyə ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsinə görə rüsumları 8,3% artıracaq.

Cebhe.info xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti məlumat yayıb.

“Boğazlar haqqında bağlanan Montre Konvensiyasına uyğun olaraq, Türkiyə boğazlarından keçən gəmilərə tətbiq edilən vergi və rüsumların dəyəri 4,42 ABŞ dolları müəyyən edilib", - qəzet Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dəniz İşləri Baş İdarəsinin qərarına istinadən yazıb.

Məlumatda həmçinin qeyd edilir ki, Türkiyə bu boğazları keçən gəmilərdən 2023-cü ildə 900 milyon dollar gəlir əldə edəcək.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Türkiyə ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsi üçün rüsumları 5 dəfə artırıb.

Sevinc Tapdıqqızı
Cebhe.info