Türkiyə-Ermənistan sərhədi nə vaxta qədər açıq qalacaq?

Birləşmiş Ştatlar Ermənistanın Suriya xalqına humanitar yardım göstərməsinə imkan yaratmaq üçün Marqara-Əliçan sərhəd keçidinin müvəqqəti açılması istiqamətində Ermənistan və Türkiyə arasında əməkdaşlığı alqışlayır.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli əməkdaşı Lui Bono “X“ sosial şəbəkəsində yazıb.
O, "Bu, Cənubi Qafqazda əməkdaşlığın bütün regiona necə fayda verdiyini göstərir", - deyə əlavə edib.
Dünən, martın 21-də Suriyaya humanitar yardım aparan 4 yük maşını Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsindən keçib.
Marqara keçid məntəqəsi martın 31-dək açıq olacaq.
“NEWS.am”-ın daha əvvəl verdiyi məlumata görə, martın 21-də beynəlxalq yükdaşıma şirkətlərindən birinin 4 yük maşını Suriyaya gedəcəkləri Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsinə doğru gedib.
Ermənistan hökumətinin martın 20-də keçirdiyi iclasda qərar qəbul etdiyi qərara əsasən, martın 21-dən 31-dək Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi həmin ölkənin ərazisindən Suriyaya humanitar yardımın göndərilməsi üçün fəaliyyətə başlayacaq.
“Ermənistan və Suriyanın müvafiq idarələrinin nümayəndələri arasında keçirilən işgüzar görüşlər nəticəsində Ermənistanın Suriyaya humanitar yardım göstərməsi məsələsini də müzakirə etmək barədə razılıq əldə olunub. Bu qərar layihəsinin qəbulu Ermənistan adından Suriyaya göndərilən humanitar yardımın Türkiyə ərazisindən quru yolu ilə daşınması zərurəti ilə bağlıdır”, - deyə qərarda bildirilir.
Xəzər
“Cebheinfo.az”