Türkiyə Ordusu Suriyada əməliyyat keçirib

Türkiyə Ordusu Suriyada əməliyyat keçirib

Türkiyə Silahlı Qüvvələri Suriyada növbəti əməliyyat keçirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, “Barış pınarı” əməliyyat bölgəsində PKK/YPG terror təşkilatının dörd üzvü məhv edilib.

Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.

"Cebheinfo.az"