Türkiyə sahillərində zəlzələ oldu - 5.4 bal

Türkiyənin Aralıq dənizi sahillərində zəlzələ hadisəsi qeydə alınıb.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Muğla vilayətinin Seydikemer rayonundan 80 kilometr məsafədə zəlzələ baş verib.
Yeraltı təkan Rixter şkalası ilə 5.4 balla qiymətləndirilib. Zəlzələnin ocağı yerin 41 kilometr dərinliyində yerləşib.
Cebhe.info