Türkiyə XİN Ermənistanın Fələstini dövlət kimi tanımasını təqdir edib

Türkiyə XİN Ermənistanın Fələstini dövlət kimi tanımasını təqdir edib

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın Fələstini dövlət kimi tanıması qərarını müsbət qarşılayıb.

Bu barədə Türkiyə XİN bəyanat yayıb.

"İspaniya, İrlandiya, Norveç və Sloveniya kimi dövlətlərdən sonra Ermənistanın Fələstin dövlətini tanımaq qərarı bizi sevindirir.

Əvvəllər də həmişə vurğuladığımız kimi, Fələstinin tanınması beynəlxalq hüququn, ədalətin və vicdanın tələbidir. Türkiyə olaraq daha çox ölkənin Fələstini tanıması üçün səylərimizi davam etdirəcəyik", Türkiyə XİN bəyanatında bildirib.

Xatırladaq ki, bu gün Ermənistan XİN Fələstinin dövlət kimi tanınması barədə bəyanat yayıb.

"Cebhe.info"