Türkiyədə dövlət çevrilişinə cəhddən 8 il ötür

Türkiyədə dövlət çevrilişinə cəhddən 8 il ötür.
15 iyul 2016-cı il tarixində Türkiyə Fətullahçı Terror Təşkilatının (FETÖ) həyata keçirdiyi dövlət çevrilişinin şahidi oldu. Həmin gecə Türkiyə Silahlı Qüvvələrinin daxilində gizlənən bəzi qruplar hökuməti devirmək üçün planın icrasına başladı.
Ankara və İstanbulun kritik nöqtələri hücuma məruz qaldı, döyüş tankları və təyyarələri şəhərləri təhdid etdi. Parlament binası bombalanıb, dövlət televiziyası və strateji məntəqələr ələ keçirildi.
İnqilaba qarşı xalq meydanlara çıxaraq hərbçilərlə üz-üzə gəldi.
Münaqişə nəticəsində 251 nəfər həlak olub, minlərlə insan yaralanıb.
Bu hadisə Türkiyə cəmiyyətində və siyasətində dərin izlər buraxdı, FETÖ-yə qarşı genişmiqyaslı təmizləmə əməliyyatları başladı.
Türkiyədə hər ilin 15-ci günü Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur.
"Cebhe.info"