Türkiyədə PUA-lar üçün xüsusi hava dəhlizləri yaradılır

Türkiyədə PUA-lar üçün xüsusi hava dəhlizləri yaradılır

Türkiyədə pilotsuz uçuş aparatları (PUA) və dronlar üçün xüsusi hava dəhlizləri yaradılır.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

O bildirib ki, bu istiqamətdə işlərə başlanılıb.

Nazirin sözlərin görə, lisenziyalı 521 min 625 İHA pilotu və 65 min 859 PUA üçün əsas prioritetlərdən biri nəqliyyatın təhlükəsizliyidir:

“Quruda maşınlar, havada təyyarələr, dənizdə gəmilər necə müəyyən bir trayektoriya üzrə hərəkət edirsə, PUA və İHA-lar da onlar üçün müəyyənləşdirilmiş ayrıca yollarla hərəkət edəcəklər. Beləliklə, PUA-lar üçün təhlükəsiz hava sahəsini formalaşdıracağıq”.

A.Uraloğlu qeyd edib ki, Mülki Avasiya Baş İdarəsi yeni mülki aviasiya modelləri üzərində işləyir:

“Yeni sistemlər PUA-ların mövcud hava məkanına inteqrasiyasına imkan verəcək”.

O, həmçinin bildirib ki, müəyyən edilmiş marşrutlarda təmir məntəqələrinin qurulması da planlaşdırılır.

"Cebhe.info"