Türkiyədə universitetlər açılır - YENİ QƏRAR

Türkiyədə universitetlər açılır - YENİ QƏRAR

Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar universitetlərdə 2022-2023-cü tədris ilinin yaz semestri ilə bağlı açıqlama verib.

Cebhe.info xəbət verir ki, Özvar 3 aprel tarixindən etibarən əyani təhsilin bərpa olunacağını bildirib:

"3 aprel 2023-cü il tarixindən etibarən yalnız yaz semestrində distant təhsillə birlikdə istəyən tələbələrə əyani təhsil də veriləcək. Zəlzələ bölgəsində yerləşən universitetlərdə çalışan inzibati personalın sayı 30 min civarındadır. Zəlzələdə 148 akademik və inzibati heyət həyatını itirib. Allah dünyasını dəyişən tələbələrimizə və əməkdaşlarımıza rəhmət eləsin! İndi isə yenidən başlayırıq. Bu qərarları verərkən həm indiyə qədər verdiyimiz qərarları, həm də ölkənin indiki vəziyyətini nəzərə almışıq. Zəlzələ fəlakətindən sonra fədakarlıqları ilə bizi qürurlandıran və göstərdikləri səbrə görə tələbələrə təşəkkür edirəm".

Naibə
Cebhe.info