Türkiyədən Əfqanıstan üçün viza qərarı: İyunun 1-dən qüvvəyə minəcək

Türkiyədən Əfqanıstan üçün viza qərarı: İyunun 1-dən qüvvəyə minəcək

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı və Rəsmi Qəzetdə dərc olunan qərara əsasən, Türkiyə ilə Əfqanıstan arasında diplomatik pasport sahibləri üçün viza tələbinin ləğvi ilə bağlı razılaşma dayandırılıb.

"Cebhe.info" xəbər verir ki, qərar iyunun 1-dən qüvvəyə minəcək.

Bu qərardan sonra Əfqanıstana diplomatik pasportla getmək istəyən Türkiyə vətəndaşlarının viza alması lazım gələcək. Eyni şəkildə, diplomatik pasportla Türkiyəyə getmək istəyən Əfqanıstan vətəndaşları da viza almalıdırlar.

Xatırladaq ki, 29/9/2007-ci il tarixində imzalanmış və “Türkiyə Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında Diplomatik Pasport Sahibləri üçün Viza Mühümiyyətinin Qarşılıqlı Ləğv Edilməsi haqqında Saziş”in 1-ci maddəsi. Nazirlər Şurasının 01.08.2008-ci il tarixli və 2008/13111 nömrəli qərarı". "Prezidentin 9 nömrəli Fərmanının 3-cü maddəsinə uyğun olaraq, onun icrasının 6/2024-cü il tarixindən dayandırılması qərara alınıb".

Nigar Hacılı
"Cebhe.info"