Türkiyəyə qoyulan qadağa ləğv olundu

Türkiyəyə qoyulan qadağa ləğv olundu

Avropa İttifaqının (Aİ) Avropa İnvestisiya Bankı (AİB) Türkiyə ilə bağlı yeni qərarını açıqlayıb.

Cebhe.info xəbər verir ki, 2019-cu ildə Türkiyənin Kipr adası ətrafında neft və qaz kəşfiyyatı fəaliyyətlərindən sonra AİB Türkiyəyə maliyyələşdirməni dayandırıb. AİB-nin Avropa Komissiyası ilə əhatəli bir paket üzərində çalışdığını bildirən İdarə Heyətinin sədr müavini Lilyana Pavlova "Bu çərçivədə Türkiyəyə AİB tərəfindən 500 milyon avro veriləcək",- deyib. Aİ-nin Türkiyədə keçən ay baş verən dağıdıcı zəlzələlər nəticəsində viran qalan bölgənin yenidən qurulması üçün təşkil etdiyi konfransda 7 milyard avro, yəni təxminən 7,5 milyard dollar pul yardımı vəd edilib. Qeyd edək ki, fevralın 6-da Kahramanmaraşda baş verən güclü zəlzələlər 11 vilayətdə böyük dağıntılara səbəb olmuş və ən azı 50 min 96 nəfərin ölməsinə səbəb olmuşdu. Ölkə rəhbərliyi zəlzələnin Türkiyəyə vurduğu zərərin 104 milyard dollar olduğunu təxmin edir. Dünən Aİ və üzv İsveçin ev sahibliyi ilə yardım toplamaq üçün təşkil edilən konfransda İsveç Baş naziri Ulf Kristersson "Bu gün edilən ümumi yardım 7 milyard avroya bərabərdir",- deyib.

Nigar
Cebhe.info