Ukrayna daha bir Rusiya kəndini tutub
Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin Qrayvoronski şəhər rayonunun Poroz kəndini tuta bilər.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ukrayna hərbi “Telegram” kanalları və Rusiyanın ictimai səhifələri məlumat yayıb. "Veteran qeydləri" “Telegram” kanalı yazır ki, Ukrayna artilleriya zərbəsi altında Poroza daxil olub. Bu mövzuda bütün nəşrlər Ukrayna və Gürcüstan bayraqları olan hərbçilərin Poroz kənd klubunun yanında dayandığı bir video yayıb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bu məlumatı şərh edərkən deyib ki, Poroz kəndindən “ziddiyyətli məlumatlar” gəlir.
“Bir tərəfdən kənd mədəniyyət evinin fonunda lentə alınan videonu hamımız gördük, digər tərəfdən təzəcə çıxan sakinlər düşməni görmədiklərini və atəş səsi eşitmədiklərini deyirlər”,- deyə qubernator öz “Telegram” kanalında yazıb.
Qladkov deyii:
"Hazırda bölgədə elan edilmiş xüsusi rejiminin bir hissəsi olaraq Poroz kəndinə giriş bağlanıb".
Poroz kəndi Ukrayna ilə sərhəddən iki kilometr aralıda yerləşir. “Belqorod xəbərləri” “Telegram” kanalı avqustun 10-da səhər saatlarında qəsəbənin atəşə tutulduğunu bildirib.
Ukrayna ordusunun Kursk vilayətində davam edən hücumu ilə əlaqədar avqustun 9-dan Belqorodda, eləcə də Kursk və Bryansk vilayətlərində antiterror əməliyyatı rejimi qüvvədədir.
“Moscow Times” yazır ki, avqustun 6-da regionda başlayan döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri ən azı 100 kvadrat kilometr Rusiya ərazisinə nəzarəti ələ keçirə bilib və onlarla rus hərbçisi əsir götürülüb.
Xəzər
“Cebheinfo.az”