Ukrayna milləti tamamilə yox olacaq: Zaman verildi

Ukrayna milləti tamamilə yox olacaq: Zaman verildi

“Ukrayna milləti 180 ildən sonra tamamilə yox ola bilər”. 

“Cebheinfo.az”-ın məlumatına görə, həkim və sabiq deputat Olqa Boqomolets “Вечер.LIVE” proqramının efirində belə deyib. Mütəxəssisin sözlərinə görə, Ukraynada doğum nisbətinin fəlakətli azalması və ölüm hallarının artması qeydə alınır. Ukrayna xalqı 180 ildən sonra tamamilə yox ola bilər. 

O deyib ki, Ukraynada ölüm halında fəlakətli artım və doğum nisbətində azalma var:

“Əgər hər şey bu modelə uyğun getsə, o zaman münaqişədə və immiqrasiyadakı itkilərin sayını nəzərə almasaq, Ukrayna milləti 180 ildən sonra sıfıra enəcək.  0 sayda ukraynalı qalacaq. Bu, 30 ilə altı nəsil deməkdir. Yəni, təbii ki, ərazilər qalacaq və orada kimsə taxıl əkəcək, kimsə becərəcək, amma onlar artıq ukraynalı olmayacaqlar”,- deyə həkim bildirib. 

Üstəlik, hələ işğaldan əvvəl ekspertlər arasında ümumi qəbul edilmiş fikir belə idi ki, milyonlarla insan işləmək üçün xaricə getdiyindən Ukraynada yaşayanların sayı 42 milyondan da azdır. 

2022-ci il fevralın 24-ə qədər Ukraynanın nəzarətində olan ərazidə faktiki olaraq, 35-38 milyon əhalinin yaşadığına dair rəqəmlər göstərilib. 

“Ukraynada nəsilvermə səviyyəsinin aşağı olması fonunda uzunömürlülüyün artması müşahidə olunmur. Bu barədə qışqırmalı və həyəcan təbili çalmalıyıq”,-deyə Ptuxi adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru, akademik Ella Libanova belə deyib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”