Ukrayna müdafiə naziri Lloyd Ostinlə Sinqapurda görüşüb

Ukrayna müdafiə naziri Lloyd Ostinlə Sinqapurda görüşüb

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov və Pentaqonun rəhbəri Lloyd Ostin Sinqapurda Şanqri-La Dialoq təhlükəsizlik konfransında görüşüblər.

Görüşdən sonra Reznikov öz Twitter səhifəsində "Ukrayna ilə ABŞ arasında tərəfdaşlığın güclü olduğunu" yazıb və həmçinin birgə işlərin davam etdiriləcəyini bildirib.

O, başqa təfərrüatları açıqlamayıb.

Cebhe.info