Ukraynaya 1,2 milyard verildi: Bu dəfə kredit 

Ukraynaya 1,2 milyard verildi: Bu dəfə kredit 

Dünya Bankının İdarə Heyəti Ukraynaya 1,2 milyard dollarlıq kredit ayırmaq barədə qərar verib.

Cebhe.info xəbər verir ki, bu barədə Dünya Bankının mətbuat xidmətindən verilən açıqlamada bildirilib. 

Pul İnklüzivlik, Davamlılıq və Səmərəlilik üçün Sosial Müdafiəyə İnvestisiya (INSPIRE) layihəsi çərçivəsində "Ukraynanın ən həssas insanları" üçün 29 sosial yardım proqramını dəstəkləmək üçün ayrılacaq.

"INSPIRE layihəsi Yaponiya hökuməti tərəfindən dəstəklənən Ukrayna üçün İrəliləmiş Kreditin Artırılması (ADVANCE Ukraine) Etimad Fondunun kredit dəstəyi ilə 1,2 milyard dollarlıq Dünya Bankı krediti ilə maliyyələşdirilir", - Dünya Bankı qeyd edib.

 Dünya Bankı əlavə edib ki, layihə Ukraynanın 2024-cü ilə qədər maliyyə ehtiyaclarını ödəmək üçün beynəlxalq dəstək paketinin tərkib hissəsidir.

Nigar Hacılı 
Cebhe.info