Valyuta məzənnələri dəyişir
Bazar ertəsi Moskva birjasında ticarət sessiyasının açılışında dollar 6,25 qəpik bahalaşaraq 96,31 rubl olub.
Cebhe.info bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Avro 24,75 qəpik azalaraq 102,35 rubl olduğu halda, yuanın məzənnəsi 0,7 qəpik artaraq 13,17 rubl olub.
Xatırladaq ki, indiki məzənnə də 1 manat 56,70 rubldur.
Nigar Hacılı
Cebhe.info