Vanq Venbin qaz təxribatından danışdı

Vanq Venbin qaz təxribatından danışdı

"Pekin təxminən bir il əvvəl “Şimal axını” təbii qaz kəmərlərini məhv edən partlayışlarla bağlı qərəzsiz və peşəkar araşdırma aparılmalı olduğuna inanır".

Cebhe.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin brifinq zamanı deyib.

Vanq müxbirlərin ötənilki təxribat aktını şərh etmək istəyinə cavab olaraq bildirib ki, hazırda Çin “Şimal axını”nda baş verən partlayışlarla bağlı qərəzsiz, ədalətli və peşəkar araşdırmanı dəstəkləyir.

Xatırladaq ki, "Nord Stream AG" şirkəti 2022-ci il sentyabrın 27-də bildirmişdi ki, "Şimal axını"nın 1-ci və 2-ci dəniz qaz kəmərlərinin üç telinə görünməmiş ziyan dəyib.

İsveç seysmoloqları sentyabrın 26-da “Şimal axını” boru kəmərləri boyunca iki partlayış qeydə alıblar.

Bundan sonra Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı iş açmışdı. Almaniya, Danimarka və İsveç ayrı-ayrılıqda araşdırmalara başladılar. Lakin Rusiyanı istintaq prosedurlarına daxil etməkdən imtina etdilər.

Daha sonra ABŞ və Avropa mediasında müxtəlif mənbələrə əsaslanaraq, Kiyev hakimiyyəti ilə əlaqəsi olmayan ukraynalı qrupların təxribatda əli ola biləcəyi ilə bağlı xəbərlər çıxdı.

Pulitzer mükafatlı amerikalı jurnalist Seymur Herş kəşfiyyat mənbələrinə əsaslanaraq, terror aktının Prezident Co Baydenin göstərişi ilə ABŞ ordusuna bağlı sualtı məhvetmə qrupu tərəfindən həyata keçirildiyini iddia etmişdi.

Nigar Hacılı
Cebhe.info