Venesuelada baş verən iğtişaşlar zamanı 25 nəfər ölüb

Venesuelada baş verən iğtişaşlar zamanı 25 nəfər ölüb

Venesuelada prezident seçkilərindən sonra baş verən iğtişaşlar zamanı ikisi Milli Qvardiyanın üzvü olmaqla azı 25 nəfər ölüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab məlumat verib.

Paytaxt Karakasda mətbuat konfransı keçirən Saab, baş verən iğtişaşlarda saxlanılanların narkotik tacirləri ilə əlaqəsi olduğunu və araşdırmaların davam etdiyini bildirib.

Nümayişlərdə baş verən can itkilərinə də toxunan Saab bildirib ki, iyulun 29-dan 30-a kimi 2-si əsgər olmaqla 25 nəfər həyatını itirib:

“Apardığımız araşdırmalar nəticəsində bu ölümlərə görə "komanditolar" adlı cinayətkar qruplar məsuliyyət daşıyır. Əlimizdə telefon danışıqları və çoxlu videogörüntülər var".

Saab ölkə daxilində 21 ibtidai məktəb, 34 orta məktəb, 2 universitet, 11 metro dayanacağı, 28 avtobus, 12 polis maşını, 15 motosiklet, 10 polis bölməsi və 27 abidənin hücuma məruz qaldığını qeyd edib.

Nigar Hacılı 
"Cebheinfo.az"