Volfoviç: “Ermənistanın müsbət imici yaranmır”

Volfoviç: “Ermənistanın müsbət imici yaranmır”

“Ermənistanın Astanada keçirilən KTMT sammitində iştirak etməməsi ona müsbət imic vermir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib. 

“Əlbəttə, üzvlərdən birinin qəsdən iştirak etməməsi Ermənistanın müsbət imicini yaratmır”, - Təhlükəsizlik Şurasının dövlət katibi “Belarus 1”-in efirində deyib.

Bununla belə, o əlavə edib ki, bu, təşkilatın ümumi gündəliyinə təsir etmir.

Volfoviçin sözlərinə görə, KTMT-yə üzv ölkələrin xarici işlər və müdafiə nazirləri, təhlükəsizlik şuraları katiblərinin Astanada keçirilən görüşündə müzakirə edilən və razılaşdırılan, dövlət başçılarının müzakirəsinə təqdim edilən bütün məsələlər yekunda nəzərdən keçirilib. 

Xəzər
“Cebheinfo.az”