Vyetnamda hərbi təyyarə qəzaya uğrayıb, pilot ölüb

Vyetnamda hərbi təyyarə qəzaya uğrayıb, pilot ölüb

Vyetnam Hərbi Hava Qüvvələrinə məxsus “SU-22” təyyarəsi Vyetnamın şimalındakı Yenbay əyalətindəki hava limanına təcili eniş etmək istəyərkən qəzaya uğrayıb.

Bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, onu idarə edən 31 yaşlı kapitan təyyarəni xilas etməyə çalışsa da, o, buna müvəffəq ola bilməyib və yerə çırpılan təyyarədə partlayaraq yanıb.

Vyetnamın Müdafiə Nazirliyi hadisədən dərhal sonra araşdırmalara başlayıb.

Qəzanın səbəbləri araşdırılır.

Cebhe.info