Xameneyinin müşaviri: "Ağır cəzaya hazırlıq başa çatıb"
Ağır cəzaya hazırlıq başa çatıb.
“Report” SEPAH-ın mənbələrinə istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xameneyinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani bildirib.
“Yalnız güc dilini anlayan rejim (İsraili nəzərdə tutur - red.) üçün ağır cəzaya hazırlıq başa çatıb”, - Əli Şəmxani vurğulayıb.
Qeyd edək ki, iyulun 31-də HƏMAS-ın Siyasi Bürosunun baş katibi İsmayıl Həniyə Tehranda iqamətgahında öldürülüb. İran hakimiyyəti bunu İsrailin törətdiyini iddia edərək bu hadisəyə görə yəhudi dövlətinə qarşı əməliyyat keçirəcəyini bildirib.
"Cebheinfo.az"