Xameneyinin adamının şirkəti bağlanır
“Britaniya Xameneyinin siyasi müşavirinin oğlunun şirkətini bağlayacaq”.
“Cebheinfo.az” “İran İnternational” - ə istinadən xəbər verir ki, Britaniya hökuməti İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi və hazırda ali rəhbər Əli Xameneyinin müşaviri olan Əli Şəmxaninin oğlu Hüseyn Şəmxani ilə əlaqəsi olan “Nest Wise Trading Ltd” şirkətinə qarşı sərt tədbirlər görür.
Şirkətin İran və Rusiya xam neftinin dünya üzrə hərəkətini asanlaşdıran “neft ticarəti imperiyasının” bir hissəsi olduğu deyilir.
Bildirilib ki, Britaniya hökuməti şirkətdən əlavə məlumat istəyib və lazımi tədbirlər görülməzsə, bir neçə ay ərzində şirkətin bağlanacağını vurğulayıb.
Qeyd olunub ki, sözügedən şirkət neft və neft məhsullarının, filizlərin, metalların və kimyəvi maddələrin satışı sahəsində fəaliyyət göstərir.
Yunis Abdullayev
“Cebheinfo.az”