Xəstəxanaya yerləşdirilən Papa Fransiskin son vəziyyəti barədə açıqlama

Xəstəxanaya yerləşdirilən Papa Fransiskin son vəziyyəti barədə açıqlama

“Bir gün əvvəl xəstəxanaya yerləşdirilən Papa Fransiskin vəziyyəti yaxşılaşır, xəstəxanada müalicəsi davam edir”.

Bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin rəhbəri Matteo Bruni jurnalistlərə bildirib.

“Klinik mənzərə getdikcə yaxşılaşır və planlı müalicə davam edir. Pontifik yaxşı istirahət edib, səhər yeməyindən sonra bir neçə qəzet oxuyub və işinə qayıdıb”, - deyə o bildirib.

Pontifikin nahardan əvvəl kiçik xəstəxana kilsəsinə getdiyi və burada dua etdiyi vurğulanıb.

Xatırladaq ki, bir gün əvvəl Roma katolik kilsəsinin 86 yaşlı rəhbərinin respirator infeksiyaya yoluxduğu (ancaq koronavirus infeksiyası istisna edilib) məlum olub. Mediada yayılan məlumata görə, pontifikin hərarəti olub.

Fransiskin Pasxadan əvvəl və Pasxa mərasimlərində iştirakının mümkünlüyü sual altında qalır. Katolik təqviminə görə, Müqəddəs Həftə aprelin 3-də başlayır. Ola bilsin ki, o, dindarlara ənənəvi bazar günü müraciətini 2021-ci ilin iyulunda olduğu kimi, xəstəxananın pəncərəsindən çatdırsın.

Cebhe.info