Yaponiyada son 11 gündə 911 zəlzələ baş verib

Yaponiyada son 11 gündə 911 zəlzələ baş verib

Yaponiyanın cənub-qərbində yerləşən Tokara adalarında son 11 gün ərzində müxtəlif güclərdə 911 zəlzələ qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatında deyilir.

Qeyd edilib ki, iyunun 21-dən iyulun 2-dək adalarda maksimum 5,6 bal gücündə 911 zəlzələ baş verib. 5 və daha yuxarı bal gücündə zəlzələlər isə 3 dəfə baş verib.

Nigar Hacılı 
"Cebheinfo.az"